Pakistanda sərnişin furqonu dərəyə aşıb, ölənlər var

Yol qəzaları 06 İyun 2021 | 21:42
OXUNUB: 1528

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində sərnişin furqonunun dərəyə aşması nəticəsində azı 8 nəfər həlak olub, daha 3 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "Sinxua" agentliyi bildirib.

Hakimiyyət orqanları nümayəndələrinin sözlərinə görə, həlak olan sərnişinlər arasında iki qadın və üç uşaq da var. İlkin araşdırmalar göstərib ki, qəza furqonun sürücüsünün sərt döngəni sürət həddini aşması ilə keçən zaman nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində baş verib.

Hadisə yerinə yerli sakinlər, xilasedicilər və könüllülər gəlib. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man