Qəbələdə avtomobillər qoyun sürüsünə girib, heyvanlar tələf olub - FOTO

Yol qəzaları 06 İyun 2021 | 17:20
OXUNUB: 1936

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəs baş verib. Report xəbər verir ki, hadisə Qəbələ-Ağdaş yolunun 18-ci km-də, rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ – 2107” markalı avtomobilin sürücüsü Məhəmməd Mehdizadə Ağdaş rayonu istiqamətində hərəkətdə olarkən yola çıxmış qoyun sürüsünə çırpılıb. Daha sonra sürücü idarəetməni itirərək avtomobilini yol kənarına aşırıb.

Bundan başqa eyni istiqamətdə hərəkətdə olan, Qurbanov Aydının idarə etdiyi “Mersedes” markalı avtomobil də həmin qoyun sürüsünü vurub.

Nəticədə Qaradeyin kənd sakini Hüseynov Knyaza məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub. Faktlarla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man