Xarici ölkələrin birində baş verən qəza kameralara düşüb.
Avtosfer.az bildirir ki, sosial şəbəkələrdə yayılan qəza videosu çox təəssüf ki, ilk deyil. Yenə də öz avtomobilini qatardan sürətli hesab edən sürücü dəmiryolunun qadağanedici işığına və şlaqbaunun bağlı olmasına fikir verməyərək qatar yoluna çıxır. Sonda final dəyişməz olaraq qalır. Yüksək sürətlə hərəkət edən qatar kiçik yük avtomobilini önünə alıb sürüyür və onu əzib keçir.
Hadisə nəticəsində sürücü faciəvi şəkildə həyatını itirir.
Qatarın tormoz yolu avtomobilinkinə nisbətən daha uzun olduğu üçün sürücülər dəmiryolu keçidində işıqforun işıqlarına və şlaqbaunların vəziyyətinə ciddi şəkildə riayət etməlidir.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man