Bakıda iki qardaş yol qəzasında ağır yaralandı

Yol qəzaları 01 İyun 2021 | 00:31
OXUNUB: 715

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilində olan, 1990-cı il təvəllüdlü Ağayev Alim Fəxrəddin oğlu və onun qardaşı 1995-ci il təvəllüdlü Ağayev Məhəmməd Fəxrəddin oğlu xəsarət alıb.

Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Alim Ağayevə qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi, Məhəmməd Ağayevə isə sağ dirsəyin sınığı, başın əzilməsi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man