Avtosfer.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü, Yüsifov İnayət Vaqif oğlu ağır bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man