Nigeriyada 160 sərnişin daşıyan gəminin çevrilməsi səbəbindən onlarla insan itkin düşüb.
Bu barədə “Agence France-Presse” yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Kebbi ştatının Nqaski rayonunun yerli hökumət dairəsinin sözçüsü Abdullah Buxari Vara bildirib ki, indiyə qədər yalnız 22 sərnişin sağ tapılıb, bir nəfər ölüb. O qeyd edib ki, hazırda itən şəxslərin axtarışları davam edir.
Qeyd olunub ki, gəmi yalnız 80 sərnişin daşıya bilərmiş./report
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man