Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam yol-nəqliyyat qəzasına düşüb.
CivilAzerbaijan.com bildirir ki, o, avtomobilin sükanı arxasında olub və qarşıdan gələn avtomobillə toqquşub.
"Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq", - Gülalıyev Turan agentliyinə bildirib.
Onun burnu sınıb, kəllə-beyin xəsarəti alıb. Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta ağırdır.
Təbriz Gülalıyev TƏBİB-in yardımı ilə saat 22.20-yə yaxın Bakı Sağlamlıq Mərkəzinə gətirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man