Bakıda qadın sürücü "Porsche"ni aşırdı, özü xəsarət aldı - VİDEO - FOTO
Yol qəzaları25 May 2021 | 10:17
OXUNUB: 564
Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Süleymanova Aytən Qabil qızı yüksək sürətlə idarə etdiyi “Porsche” markalı avtomobillə manevr edərkən nəqliyyat vasitəsi aşıb. Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.