Hava limanı-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı “Man” markalı yük maşını ilə “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub. “Mercedes Vito”da olan 8 nəfərdən 3 nəfər (1 qadın, 2 kişi) vəfat edib. Digər 5 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, “Mercedes Vito” yol-hərəkəti qaydasını pozaraq yük maşınının qarşısına keçib. Bundan sonra idarəetməni itirən “Man” sözügedən nəqliyyat vasitəsini bir neçə metr kənara atıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man