Avropada dəhşətli yol qəzası baş verib. Hadisə an-ba-an yaxınlıqda yerləşən evin kameralarına həkk olunub.
Avtosfer.az bildirir ki, gecə klubundan sərxoş halda çıxıb maşına əyləşən sürücü polisin diqqətindən yayınmayıb. Polis hərəkətə keçərək onu dayandırmağa çalışsa da, sərxoş sürücü “saxla” əmrinə tabe olmayıb.
Nəticədə o, yüksək sürətlə əks zolağa çıxıb və qırmızı işiqdan keçərək “Renault” markalı avtomobilə çırpılıb. O, daha sonra bir taksiyə və park edilmiş iki maşına da dəyir. Qəzada “Renault”-un sürücüsü və sərnişini həlak olur. Taksidə əyləşən sərnişini isə üzündə sınıq və yaralarla qəzadan salamat çıxa bilir.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man