Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil 2009-cu il təvəllüdlü Kişiyev Məhəmməd Qüdrət oğlunu Babək prospektində yaşadığı evin yaxınlığında vuraraq digər avtomobilə sıxıb. Nəticədə yeniyetmə iki avtomobilin arasında sıxılmış vəziyyətdə qalaraq xəsarət alıb.
M.Kişiyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın topuq nahiyəsinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man