Abşeronda avtomobil maneəyə çırpılıb, nəticədə sürücünün bacısı dünyasını dəyişib. Lənkəranda isə piyadanın ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.
Bakı-Şamaxı şossesində qəza zamanı bir nəfər ölüb. Yol-nəqliyyat hadisəsi şossenin Abşeronun Atyalı yaşayış massivinə düşən ərazisində qeydə alınıb.
Elnur Ağayev avtomobilini idarə edərkən sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində sürücünün bacısı 29 yaşlı Sürəyya Səlimova hadisə yerində ölüb. Sürücü Elnur Ağayev və onun xalası oğlu sərnişin Nicat Məmmədov ağır bədən xəsarətləri alıb.
Lənkəranda isə piyadanın ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.
Rayonun Şağlaser kəndində avtomobil Ağaziyad Əliyevi vurub. Minik avtomobilinin sürücüsüsü piyadanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsə də, xəsarət alan 57 yaşlı kişi yolda keçinib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hər iki faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man