Bakıda “KİA”nın vurduğu piyadanın üzərindən “Mercedes” keçdi - VİDEO

Yol qəzaları 18 May 2021 | 23:26
OXUNUB: 16250

Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər ölüb.
APA xəbər verir ki, Ramiz Quliyev küçəsi 10 ünvanında, təxminən 35-40 yaş aralığında naməlum kişi yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “KİA” markalı nəqliyyat vasitəsi vurub.

Zərbənin gücündən piyada yolun digər tərəfinə düşüb. Bu zaman onun üzərindən “Mercedes” markalı avtomobil keçib. Baş verən qəza nəticəsindən piyada hadisə yerində ölüb.

Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Şahidlər dindirilib. Hər iki sürücü isə polis idarəsinə aparılıb. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man