Gəncədə təcili tibbi maşınları qəzaya uğradı, xəsarət alanlar var
Yol qəzaları16 May 2021 | 22:39
OXUNUB: 1757
Gəncə şəhərində təcili tibbi yardım maşınları qəzaya uğrayıb. “Report”un məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Hərəkətdə olan iki təcili tibbi yardım maşınının toqquşması nəticəsində biri həkim olmaqla, iki nəfər xəsarət alıb.