Bakı küçələrinin birində moped sürücüsünün təhlükəli hərəkətləri kamerya düşüb.
Avtosfer.az bildirir ki, sürücüsü mopedi normal şəkildə deyil, hər iki ayağını sol tərəfdən sallayaraq təklükəli vəziyyətdə idarə edir. Görüntülər sosial şəbəkələrdə böyük qınağa səbəb olub.
Hər kəsə məlumdur ki, moped sürücülərinin yol hərəkəti qaydalarına uyğun olmayan hərəkətləri günü-gündən artmağa davam edir. Yol polisi artıq bu işə bir əl atmalıdır. Çünki bunun kimi moped sürücülərinin qayda pozuntuları cabasız qaldıqca vəziyyət getdikcə daha da acınacaqlı hal alacaq.
Qeyd etmək lazımdır ki, il ərzində yol nəqliyyat hadisələrinin statistikası təhlil edilərkən məhz 20-ə yaxın moped və ya motosiklet sürücüsünün qəzalarda həlak olduğu məlum olur.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man