Mayın 11-də Gəncə şəhərinin N.Gəncəvi prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı E.Məmmədov vurulub.
Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən əldə etdiyi məlumatda bildirilir ki, uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gəncə şəhər sakini N.Şükürlü saxlanılıb.
Araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man