Bakıda taksi sürücüsünün törətdiyi qayda pozuntusu ağır qəza ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan "Vaz 2107" markalı avtomobilin sürücüsü, yolayrıcında sola dönən zaman qarşıdan gələn avtomobilə yol vermədən qəfil onun qarşısına çıxıb. Görüntünü qeydə alan sürücü qəzadan yayınmaq istəsə də, təəssüf ki, qəza qaçılmaz olub. Nəticədə "Vaz" markalı avtomobil əzilərək yararsız hala düşüb.
Xoşbəxtlikdən avtomobildə sərnişin olmayıb. Əks halda qəza ölümlə də nəticələnə bilərdi.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man