Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mayın 7-də saat 16 radələrində Cəlilabad rayonunun Abışabad kəndi ərazisində Təklə kənd sakini E.Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Nihad Nəzərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man