Abşeronda qadını öldürüb qaçan sürücü saxlanılıb - FOTO - YENİLƏNİB

Yol qəzaları 08 May 2021 | 09:10
OXUNUB: 2230

Abşeronda piyadanı vurub öldürərək hadisə yerindən uzaqlaşan, 99-CF-591 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü Sumqayıt şəhəri ərazisində saxlanılıb.

APA xəbər verir ki, avtomobil cərimə meydançasına, sürücü isə Abşeron Rayon Polis idarəsinə gətirilib.

23:43 - 07.05.2021

Abşeron rayonunda ölüm hadisəsini törədən sürücü ərazidən yayınıb. Hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.
1984-cü il təvəllüdlü Xəlilova Səadət Çərkəz qızı “Noil” yanacaq doldurma məntəqəsinin qarşısında yolu keçərkən onu naməlum avtomobil vurub. Daha sonra piyadanın öldüyünü görən sürücü hadisə yerindən yayınıb. Yoldan keçən digər nəqliyyat vasitələri piyadanın üzərindən keçib.

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.
Ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

undefined

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man