Göygöldə ata və oğlu yol qəzasında yaralandı - YENİLƏNİB

Yol qəzaları 08 May 2021 | 08:00
OXUNUB: 4282

Göygöl rayonunda avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində xəsarət alanların kimliyi bilinib.

"Report"un məlumatına görə, bunlar avtomobilin sürücüsü, 1976-cı il təvəllüdlü Göygöl rayon Yeni Qızılca kənd sakini, Xeyirbəy İsmayılov və onun oğlu, 2006-cı il təvəllüdlü Elxan İsmayılovdur.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlardan E.İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

21:00 - 07.05.2021

Göygöl rayonunda yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Mal bazarı" deyilən ərazinin yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb, xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man