Mexikoda körpünün uçması nəticəsində ölənlərin sayı 27-yə çatıb - VİDEO - FOTO - YENİLƏNİB

Yol qəzaları 04 May 2021 | 19:28
OXUNUB: 640

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 27-yə çatıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər meri Klaudiya Şeynbaum Pardo bildirib.

O əlavə edib ki, istintaqın nəticələri bəlli olanadək rəsmilər faciənin səbəbi və səbəbkarları barədə öz versiyalarını irəli sürməyəcəklər.

16:55

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 23-ə çatıb.

“Report” CNN telekanalına istinadən xəbər verir ki, ölənlər arasında uşaqlar da var.

Ən azı 70 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Onlardan yeddisinin vəziyyəti ağırdır.

Mexiko meri Klaudiya Şeynbaum Pardo bildirib ki, sağ qalanlardan biri dağıntılar altından qurtarılıb və hazırda dağıntılar altında heç kəs yoxdur.

13:05

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 20-yə yüksəlib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər meri Klaudiya Şeynbaum Pardo bildirib.

Xəsarət alanlardan 49-u xəstəxanalara yerləşdirilib. Onlardan yeddisinin vəziyyəti ağırdır.

10:35

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Mexiko meri Klaudiya Şeynbaum Pardo bildirib.

Onun sözlərinə görə, təxminən 70 nəfər yaralanıb.

Hadisənin baş verdiyi əraziyə bütün girişlər bağlanıb, yalnız təcili yardım maşınlarının girişinə icazə verilir.

08:40

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nətcəsində onlarla insan xəsarət alıb.

Report xəbər verir ki, bu barədə “Universal” nəşri qəza-xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, qəza paytaxtın cənub-şərqində, “Olivos” və “Tesonko” stansiyaları arasındakı ərazidə baş verib. Hadisə zamanı 6 nəfər həlak olub, 80 nəfər xəsarət alıb.

Daha əvvəl “Pais” qəzeti yerli hakimiyyət orqanlarına istinadən hadisə zamanı 50 nəfərin xəsarət aldığını bildirib.

.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man