Bayraq Meydanının qarşısında ağır qəza: Bir ailənin dörd üzvü yaralandı - FOTO - VİDEO

Yol qəzaları 01 May 2021 | 18:00
OXUNUB: 13096

Bu gün saat 17:10 radələrində paytaxtın Mikayıl Useynov küçəsində Dövlət Bayraq Meydanının qarşısında "Mercedes" markalı 10-XD-820 qeydiyyat nişanlı avtomobil qəzaya uğrayıb. Avtosfer.az">Avtosfer.az-ın məlumatına görə yüksək sürətlə hərəkət edən sürücü idarəetməni itirirərək ayırıcı zolağın üzrəindəki işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan bir ailənin dörd üzvü xəsarət alıb. Yaralılar yaxınlıqda olan təcili yardım stansiyasının həkimləri tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, xəsarət alanların sırasında 5 yaşlı qız da var. Azyaşlı qız xəsarət alsa da, az öncə həkimlərin bildirdiyinə görə vəziyyəti yaxşıdır.
Əməkdaşımız hadisə yerində olarkən müəyyən edib ki, avtomobilin təkərləri istismara yararsızdır. Qəza nəticəsində isə hava yastıqlarının heç biri işə düşməyib.
Faktla bağlı araşdırma aparılır.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man