Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə axşam saatlarında Soltanabad kəndində qeydə alınıb.
İlkin məlumata görə, “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Qədir Fazil oğlunu vurub. Piyada hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man