Misirdə qatar qəzası nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb

Yol qəzaları 21 Aprel 2021 | 08:16
OXUNUB: 528

Misirin Baş Prokurorluğu aprelin 18-də Qalubiyyə vilayətində sərnişin qatarının qəzaya uğraması nəticəsində 23 nəfərin həlak olduğunu bildirib.

Bu barədə Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir.

Prokurorluğun məlumatına görə, 949 nömrəli sərnişin qatarı Benha rayonu istiqamətində hərəkətdə olarkən bir neçə vaqon relsdən çıxıb. Hadisə zamanı 23 nəfər həlak olub, daha 139 nəfər xəsarət alıb.

Açıqlamada bildirilir ki, baş prokurorun məsləhətçisi qəzada təqsirkar olan 23 nəfərin həbs edilməsi barədə order verib. Onlar qanun pozuntusunda və səhlənkarlıqda müqəssir bilinirlər.

Daha əvvəl bildirilirdi ki, Qahirə şəhərindən şimalda yerləşən Qalubiyyə əyalətində sərnişin qatarı qəzaya uğrayıb. Qahirə - Mansur marşrutu ilə hərəkət edən sərnişin qatarının bir neçə vaqonunun relsdən çıxaraq aşması nəticəsində 100-dən çox sərnişin xəsarət alıb.

Sərnişinlərdən bir neçəsi relsdən çıxan vaqonların altında qalıb. Bu, Misirdə son bir ay ərzində baş verən üçüncü qatar qəzasıdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man