"Hyundai", "Lada" və "VAZ" toqquşdu, 2 sürücü hadisə yerində ölüb

Yol qəzaları 17 Aprel 2021 | 11:14
OXUNUB: 499

Rusiyanın Tver bölgəsinin Kalininski rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, hadisə Tver-Rjev yolunun 12-ci kilometrliyində baş verib.

Polisin yaydığı ilkin  məlumata görə, 3 avtomobil bir-birinə çırpılıb. 

“Hyundai Solaris” markalı maşın ötmə əməliyyatı edərkən “VAZ-2106” markalı avtomobillə toqquşub.

Hərəkətdə olan “Lada Priora” avtomobilinin sürücüsü “VAZ”ın onun üzərinə gəldiyini görən an yayınmağa çalışsa da, alınmayıb. Nəticə toqquşma qaçılmaz olub.

Hadisə zamanı “Hyundai”ın və “VAZ”ın sürücüləri hadisə yerində dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man