Bakıda yol hərəkətinin təşkilində olan nöqsan ağır qəza ilə nəticələnib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, paytaxtın Lev Tolstoy küçəsi ilə hərəkət minik avtomobili Səməd Vurğun küçəsi ilə hərəkət edən moped sürücüsü ilə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü xəsarət alıb. Moped sürücüsünün hərəkət etdiyi küçədə baş yol nişanı olsa da, minik avtomobili sürücüsünün qarşısında yol verməyi bildirən heç bir nişan yoxdur.
Yol nişanları elə təşkil olunmalıdır ki, sürücülər arasında çaşqınlıq yaratmasın. Üstünlük nişanı quraşdırılan küçənin digər kəsişmələrinə də mütləq şəkildə nişan quraşdırılmalıdır ki, kimin yol verməsi, kimin üstün olması aydın şəkildə sürücülərə məlum olsun. Bir sözlə üstünlük nişanları yolayrıcı qarşısında komplekt şəkildə quraşdırılmalıdır. Təəssüf ki, əksər küçələrdə bir istiqamətdə baş yol nişanı varsa, digər istiqamətdə yol ver və ya stop nişanı quraşdırılmır. Bu cür çatışmazlıqlar və nöqsanlar sonda ağır qəzalara gətirib çıxarır.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man