Rusiyada üç nəfərin xəsarət aldığı qəzaya görə azərbaycanlı reper Elmin Quliyev dörd il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə “İnterfax”a Moskvanın Xamovniçeski Məhkəməsinin mətbuat xidmətindən bildiriblər.
O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmə zərərçəkmişlərin mülki iddialarını da qismən təmin edib.
Xatırladaq ki, qəza 21 sentyabr 2020-ci ildə baş verib. Qəza nəticəsində iki piyada - kişi və qadın, habelə qəzanı törədənin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Quliyev qəzada günahını boynuna alsa da, ayıq olduğunu israr edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man