Ermənistanın Müdafiə Nazirliyi Kotayk vilayətinin Aramus kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbçisinin ölməsi faktını təsdiqləyib. “Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, hadisə nəticəsində müqavilə əsasında xidmət edən 1988-ci ildə Yerevanda anadan olmuş, baş leytenant Aram Badalyan və 1992-ci ildə Tavuşda anadan olmuş, 1992-ci il təvəllüdlü kiçik çavuş Levon Mkrtumyan ölüb.
Məlumata görə, yaralı 4 hərbçidən birinin vəziyyəti ağırdır. O, Müdafiə Nazirliyinin hospitalına yerləşdirilib, 3 yaralı isə müayinədən sonra xidmət üçün hərbi hissəyə buraxılıblar.
Yol-nəqliyyat hadisəsi nəticəsində iki piyada hadisə yerində ölüb. Digər dörd nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, sürücünün şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Kotayk vilayətinin 34 yaşlı sakinidir.
Məlum olub ki, həmin şəxs avtomobil idarə edərkən sərxoş olub.
Araşdırma nəticəsində həmçinin aydın olub ki, ölənlər və yaralılar Ermənistan ordusunda hərbi xidmət keçən şəxslərdir.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man