Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Ziya Bunyadov prospektində motosiklet yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan, dövlət qeydiyyat nişan nömrəsi 90-RL-176 olan "Saipa" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində motosikletin sürücüsü xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man