Səlyan yolunda maşın aşdı: sürücünün barmaqları qopdu - FOTO

Yol qəzaları 11 Aprel 2021 | 14:22
OXUNUB: 3618

Bu gün səhər saatlarında Ələt-Astara yolu Səlyan rayon postunun yaxınlığında nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, Cherry markalı 99-HD-082 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücünün barmaqları kəsilib. Əraziyə çağrılan təcili tibbi yardım gecikdiyi üçün xəsarət alan sürücü digər avtomobillərdən biri ilə xəstəxanaya çatdırılıb.

Hadisəyə səbəb sürücünün sükan arxadında yuxulaması olub. Yuxuya gedən sürücü avtomobilə nəzarəti itirib və nəqliyyat vasitəsi beton arakəsməyə dəyərək idarəetmədən çıxıb və aşıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man