Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Əhmədov Anar Mirzəhüseyn oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.