Ucarda 5 avtomobil toqquşub - FOTO

Yol qəzaları 02 Aprel 2021 | 12:53
OXUNUB: 440

Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2 "VAZ 2107", 1 "Hyundai", 1 "BMW" markalı minik avtomobilləri və 1"TİR" markalı yük maşını toqquşub. Hadisə nəticəsində Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyal Sahib oğlu Əliyev xəsarət alıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.             

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man