Bakıda evakuatorla dəhşətli anlar yaşandı: Piyada son anda ... - VİDEO
Yol qəzaları01 Aprel 2021 | 13:33
OXUNUB: 1094
Bakıda piyada son anda ölümdən xilas oldu. Avtosfer.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb. Görüntülər ötən gün Bakıda Mikayıl Əliyev küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitələrindən birinin videoregistratoruna düşüb. Yüksək sürətlə hərəkət edən evakuator yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qoşa xəttin üzərindən qarşı hərəkət zolağına çıxır və qəza şəraiti yaradır. Eyni zamanda yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən piyada son anda bədbəxt hadisənin qurbanı olmaqdan xilas olur.