Hərbi helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Yol qəzaları 01 Aprel 2021 | 11:00
OXUNUB: 617

Əfqanıstanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Gilmend Əyalət Şurasının rəhbəri Atullah Əfqan bildirib.

O, qəzanın səbəbini dəqiq bilmədiyini söyləyib.

“Taliban” hərəkatının nümayəndəsi Məhəmməd Yusuf Əhmədi isə deyib ki, helikopteri hərəkatın silahlıları vurub. Onun sözlərinə görə, hadisə Gilmend əyalətinin Vaşir dairəsində baş verib. Nəticədə Əfqanıstan ordusunun bir komandiri, 3 əsgəri və pilot daxil omaqla 5 nəfər ölüb, yarananlar var.

Lakin Əfqanıstanın Müdafiə Nazirliyi məlumatı təkzib edib. Nazirlikdən bildirilib ki, helikopter qəza enişi edib, xəsarət alan yoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man