Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Hərəkətdə olan "Shacman" markalı yük maşını ilə "VAZ 210015" markalı minik maşını toqquşub.
Qəza zamanı 1964-cü il təvəllüdlü Xəlilov Adil və onun bacısı, 1970-ci il təvəllüdlü Xəlilova Durdanə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man