Çexiyada helikopter qəzaya uğrayıb, ölənlər var

Yol qəzaları 31 Mart 2021 | 08:06
OXUNUB: 613

Çexiyada iki yerlik “Heli-Sport CH-77 Ranabot” helikopteri 90 metr hündürlükdən Praqa yaxınlığında yerə düşüb.

Bu barədə polisin nümayəndəsi Mixaela Rixterova jurnalistlərə bildirib.

Məlumata görə, hadisə zamanı 2 nəfər həlak olub.

"Helikopter hələlik məlum olmayan səbəblərdən Praqa yaxınlıqdakı Dobrjixovise yaşayış məntəqəsində təxminən 90 metr hündürlükdən yerə düşüb. Qəza nəticəsində iki nəfər həlak olub, polis hələ onlar haqqında məlumatlara malik deyil", - Rixterova deyib.

Onun sözlərinə görə, hadisənin başvermə səbəblərinin araşdırılması ilə Aviasiya Qəzalarının Səbəblərinin Müəyyənləşdirilməsi üzrə İnstitutun ekspertləri, həmçinin polis məşğul olacaq. (“Report”)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man