Qəribə təsadüf: Bir şirkətin gəmisi Süveyş kanalını, yük maşını isə avtomagistralı bağladı - FOTO

Yol qəzaları 28 Mart 2021 | 16:39
OXUNUB: 648

Çində “Evergreen” yük avtomobilinin yolu kəsən fotosu sosial şəbəkədə yayılıb.

Report xəbər verir ki, avtomobilin yolu kəsməsi Süveyş kanalının sahilinə oturan “Ever given” yük gəmisini duruşunu xatırladır.

Hadisə Çinin Nankin bölgəsində Çançun-Şençjen sürətli avtomobil yolunda baş verib.

Gəmi və konteyner eyni şirkətə məxsus olsalar da, avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat qəzasının Süveyş kanalındakı hadisə ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, “Evergreen” Tayvana məxsus şirkətdir.

Qeyd edək ki, gəmi martın 24-də kanalın 151-ci km-liyində saya oturub. “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. 25 neft tankeri də daxil olmaqla 370-ə yaxın gəmi Süveyş kanalından keçə bilmir.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man