Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Yol qəzaları 25 Mart 2021 | 20:35
OXUNUB: 1270

Bu gün Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Gəndob-Yalama yolunun Xaçmazın Sabiroba kəndi ərazisindən keçən hissəsində baş verib.  "VAZ 21099" markalı nəqliyyat vasitəsi ilə "Mitsubishi" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar 1987-ci il təvəllüdlü, Xaçmaz şəhər sakini Hacıyev Ruslan Aslan oğlu, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Cəfərova Əfsanə İlkin qızı və 1998-ci il təvəllüdlü Yunusov Elnur Tacəddin oğludur. Xəsarət alan şəxslərdən E.Yunusovun vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

......

Xaçmazda iki avtomobil toqquşub.

Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə rayonun Sabiroba kəndində qeydə alınıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Xaçmazın Sabiroba kəndində “Mitsubishi” və “VAZ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man