Şamaxıda yolun dumanlı olması qəzalara səbəb olub, xəsarət alanlar var

Yol qəzaları 25 Mart 2021 | 15:34
OXUNUB: 1366

Şamaxı rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bu gün Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində iki "VAZ 2107" və bir "Daewoo-Nexia" markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu sakinləri, 1992-ci il təvəllüdlü Məmmədov Amil Mühübbət oğlu və 1956-cı il təvəllüdlü Məmmədova İradə Ağamusa qızı xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumata görə, hadisəyə yolun dumanlı olması və nəqliyyatın hərəkətinin çətinləşməsi səbəb olub. Eyni vaxtda həmin ərazidə hərəkətdə olan "Mersedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə xeyli maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man