Yevlaxda 2 avtomobil toqquşub, 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Yol qəzaları 20 Mart 2021 | 17:51
OXUNUB: 1254

Yevlaxda ağır qəza zamanı xəsarət alan şəxslərdən biri həyatını itirib.

APA-nın məlumatına görə, həkimlərin səyinə baxmayaraq, 1966-cı il təvəllüdlü Yevlax rayon sakini Səmimi Tanrıverdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralıların müalicəsi davam etdirilir. 

***

saat 16.20

Yevlaxda ağır yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə az öncə  Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib.

"VAZ 2106" və "Hyundai Sonata" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər - "VAZ 2106"-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və "Hyundai Sonata"-nın  sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man