Oğuzda avtomobil piyadanı vuraraq öldürüb

Yol qəzaları 19 Mart 2021 | 16:07
OXUNUB: 554

Oğuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı, 99 DS 224 dövlət nömrəli minik avtomobili rayonun Kərimli kənd sakini, 1965-ci il təvəllüdlü Çingiz Abdurahman oğlu Tahirovu vurub.

57 yaşlı Ç. Tahirov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man