Göyçayda ustanı elektrik cərəyanı öldürüb

Yol qəzaları 16 Mart 2021 | 19:31
OXUNUB: 1127

Göyçay sakinini elektrik enerjisi vurub öldürüb.

Göyçay rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, hadisə martın 16-da saat 11 radələrində baş verib. Göyçay rayon sakini 1989-cu il təvəllüdlü Fətullayev Sadiq Nemət oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

İlkin istintaqla Sadiq Fətullayevin usta kimi işlədiyi Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində tikilməkdə olan fərdi yaşayış evinin fasadına aqlay üzlük vurarkən açıq vəziyyətdə olan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanın təsirinə məruz qalması səbəbindən ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man