Bakıda avtomobil körpüdən aşıb, iki Türkiyə vətəndaşı xəsarət alıb - FOTO

Yol qəzaları 13 Mart 2021 | 07:12
OXUNUB: 1055

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

50-DX-778 dövlət qeydiyyat nişanlı "Changan" markalı avtomobili idarə edən Kemal Çalkıcı sükana nəzarəti itirib. Nəticədə avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü K.Çalkıcı və sərnişin Taner Akbaş ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsindən verilən məlumata görə, sürücü və sərnişin sərxoş vəziyyətdə olub.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man