Təyyarə qəzaya uğradı: beş həftə cəngəllikdə yaşadı

Yol qəzaları 12 Mart 2021 | 23:12
OXUNUB: 709

Braziliyalı pilot  Antonio Sena təcili qəza enişindən sonra Amazon cəngəlliyində bir aydan çox vaxt keçirib, quş yumurtaları və yabanı meyvələrlə qidalanıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, təyyarə radardan yanvarın axırında yoxa çıxıb. Xilasedicilər axtarışa başlayıblar, ancaq bir həftə sonra əməliyyat dayandırılıb - nə təyyarənin qalıqları, nə də pilotun özü tapılıb.

Sağ qalan şəxsin dediyinə görə, texniki nasazlıq səbəbindən cəngəlliyin ortasına təcili eniş etməli olub. Təyyarə alovlanmazdan əvvəl özü ilə yalnız əşyaları olan bir kürək çantasını götürməyi bacarıb.

Kişi bir aydan çox yalnız meyvə və quş yumurtası yeyərək vəhşi cəngəlliklərdən keçib. Qəzadan beş həftə sonra şabalıd yığan qrupla rastlaşıb və bundan sonra kömək çağırılıb.

Sena'nın susuzluqdan əziyyət çəkdiyi və səyahət əsnasında 25 kiloqramdan çox arıqladığı qeyd edilir. Pilot iddia edir ki, yalnız valideynlərini görmək arzusu onun sağ qalmasına kömək edib
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man