Şamaxıda iki qonşunun evi yanıb

Yol qəzaları 12 Mart 2021 | 20:20
OXUNUB: 650

Şamaxı rayonunda yanğın hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 18:30 radələrində Şamaxı şəhərinin M.F.Axundzadə küçəsindəki 24 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1925-ci il təvəllüdlü Faiq Mirzəyevə məxsus 90 kvadratmetr və qonşusu, 1963-cü il təvəllüdlü Oqtay Mirzəyevə məxsus 100 kvadratmetrlik mənzillərdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Bir evdə baş verən yanğının qısa vaxtda digər mənzilə keçməsi nəticəsində ümumilikdə 100 kvadratmetr sahə və içəridəki əşyalar yanıb, evlərin qalan hissəsi və yaxınlıqdakı digər tikililər alovdan mühafizə edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır./apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man