Bakı-Sumqayıt avtomobil yolunda yük maşını aşıb- FOTO

Yol qəzaları 11 Mart 2021 | 22:39
OXUNUB: 907

Bakı-Sumqayıt avtomobil yolunun “Saray” postunun yaxınlığından keçən hissəsində yol qəzası baş verib.
APA-nın məlumatına görə, Sumqayıt istiqamətində hərəkətdə olan “MAZ” markalı yük avtomobili ötmə əməliyyatı zamanı Abşeron Rayon İcra Hakimiyyətinə məxsus məişət tullantıları daşıyan yük maşınını yoldan çıxarıb. 
Nəticədə tullantı daşıyan yük maşını Saray qəsəbəsi istiqamətinə dönmə əməliyyatı edərkən beton arakəsməyə çırpılaraq aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man