Bu barədə DİN-in məlumatında bildirilir.
Martın 7-də saat 17 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Maqsudov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolun kənarında dayanmış paytaxt sakini Y.Şabanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həmin gün saat 19 radələrində Yevlax rayonu ərazisində rayon sakini E.Abbasov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən həmyerlisi S.Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man