İndoneziyada təyyarə qəzasının səbəbləri açıqlandı

Yol qəzaları 11 Yanvar 2021 | 12:10
OXUNUB: 520

“Sriwijaya Air” aviaşirkətinin “Boeing 737-500” sərnişin təyyarəsinin parçalanmasına səbəb suya çırpılması ola bilər.

Bu barədə “Straits Times” qəzeti İndoneziyanın Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsinə istinadən xəbər verib.

“Bu, son nəticə deyil... İlkin məlumatlar təyyarənin suya düşməsi nəticəsində dağıldığını göstərir”, - deyə komitənin hava təhlükəsizliyi istintaqının rəhbəri Nurkahio Utomo bildirib.

O, əlavə edib ki, təyyarə havada parçalansa idi, dağıntılar daha böyük əraziyə səpələnərdi.

Xatırladaq ki, Cakarta hava limanından havaya qalxan “Sriwijaya Air” aviaşirkətinə məxsus “Boeing 737-500” sərnişin təyyarəsi uçduqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən dənizə düşüb. Təyyarə Cakartadan Pontianak istiqamətində hərəkət edirdi. Göyərtədə 62 nəfər – 56 sərnişin və 6 heyət üzvü olub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man