Nigeriyada ağır yol qəzasında onlarla insan həlak olub - FOTO

Yol qəzaları 11 Yanvar 2021 | 09:35
OXUNUB: 533

Nigeriyanın şimal-şərqindəki Bauçi ştatında baş vermiş ağır yol qəzasında azı 20 nəfər həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə yerli “Punch” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Tirvun rayonunda qeydə alınıb. Sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Qəzadan sonra yanğın baş verib.

“İyirmi iki nəfər sərnişindən iyirmisi tanınmayacaq qədər yanıb. İki qadın sağ qalıb. Hadisə zamanı avtobusda 18, minik avtomobilində 4 nəfər olub”, - yerli polisin nümayəndəsi Ahmed Vakil bildirib.

Avtobus Borno ştatının ən böyük şəhəri Mayduquri istiqamətində hərəkət edirmiş. Minik avtomobili isə Bauçiyə gedirmiş.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man