Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.
Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1971-ci il təvəllüdlü Ağayev Nəriman Rzaqulu oğlunun idarə etdiyi “QAZel” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Sürücü hadisə yerində ölüb.
Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man